Ermənistanda məhkum bədən xəsarəti ilə xəstəxanaya yerləşdirilib

Ermənistanda məhkum bədən xəsarəti ilə xəstəxanaya yerləşdirilib Onun bədəninin hansı nahiyəsinə xəsarət yetirdiyi isə hələ ki, aydın deyil
Region
3 İyun , 2017 12:59
Ermənistanda məhkum bədən xəsarəti ilə xəstəxanaya yerləşdirilib

Bakı. 3 iyun. REPORT.AZ/ Ermənistanda Nubaraşen cəzaçəkmə müəssisindən bədən xəsarəti alan Vigen Gülzadyan adlı məhkum Yerevandakı tibb mərkəzlərindən birinə aparılıb.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkə Ədliyyə Nazirliyi cəzaçəkmə idarəsinin mətbuat xidmət bildirib.

İnformasiyaya əsasən, məhkumun özünə bədən xəsarəti yetirdiyi iddia edilir. Məlumata görə, onun bədəninin hansı nahiyəsinə xəsarət yetirdiyi isə hələ ki, aydın deyil.

Xəbərdə bildirilib ki, Vigen Gülzadyan hazırda məhkumlar üçün nəzərdə tutulan xəstəxanadadır. 

Son xəbərlər

Orphus sistemi