Ermənistanda mədən uçub, bir nəfər ölüb

Ermənistanda mədən uçub, bir nəfər ölüb Qəza mədənin Şamlux hissəsində baş verib
Region
23 Oktyabr , 2017 16:15
Ermənistanda mədən uçub, bir nəfər ölüb

Bakı. 23 oktyabr. REPORT.AZ/ Ermənistanın Lori vilayətində Axtal Dağ-Emal Kombinatına məxsus yeraltı mədən uçub. 

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, hadisə nəticəsində buruqçu, 1979-cu il təvəllüdlü Vrej Saakyan ölüb.

Qəza mədənin Şamlux hissəsində baş verib.

Hadisə yerinə xilasedicilər cəlb olunub.

Qəzanın baş vermə səbəbi araşdırılır.

Son xəbərlər

Orphus sistemi