Ermənistanda maskaya görə polis-vətəndaş toqquşması olub

Ermənistanda maskaya görə polis-vətəndaş toqquşması olub “Stepanavanda maskaya görə adamları sadəcə olaraq öldürürlər”,- o yazıb.
Region
8 İyul , 2020 14:13
Ermənistanda maskaya görə polis-vətəndaş toqquşması olub

Ermənistanın Stepanavan rayonunda koronavirusa görə maska taxmayan sakinlərlə polis arasında toqquşma baş verib.

“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bu barədə “Facebook” istifadəçisi Suren Sarkisyan paylaşım edib.

“Stepanavanda maskaya görə adamları sadəcə olaraq öldürürlər”,- o yazıb.

S.Sarkisyanın paylaşdığı videoda yaşlı adamları saxlayır, maska taxmadıqları üçün polis bölməsinə aparmaq istəyirlər. Bu zaman qadınlar onların müdafiəsinə qalxır. Nəticədə polislərlə vətəndaşlar arasında toqquşma baş verir. Polis əməkdaşları yaşlı bir kişiyə güc tətbiq edir və o, yerə sərilir.

Son xəbərlər

Orphus sistemi