Ermənistanda kütləvi zəhərlənmə - onlarla adam xəstəxanalıq oldu

Ermənistanda kütləvi zəhərlənmə - onlarla adam xəstəxanalıq oldu Ermənistanın Sünik və Lori əyalətlərində son günlər bütövlükdə 49 sakin eklerdən zəhərlənərək bağırsaq xəstəliyi ilə xəstəxanalara yerləşdirilib.
Region
6 Fevral , 2020 20:24
Ermənistanda kütləvi zəhərlənmə - onlarla adam xəstəxanalıq oldu

Ermənistanın Sünik və Lori əyalətlərində son günlər bütövlükdə 49 sakin eklerdən zəhərlənərək bağırsaq xəstəliyi ilə xəstəxanalara yerləşdirilib.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yanvarın 27-dən etibarən bağırsaq xəstəliyinin əlamətləri ilə xəstəxanalara çatdırılanların hamısı “Zeytun” şirkətinin istehsal etdiyi eklerlərdən dadıqlarını bildiriblər.

Zərərçəkənlərdən 41 nəfəri hələ də xəstəxanalardadır.

Son xəbərlər

Orphus sistemi