Ermənistanda kütləvi dava və atışma olub: xəsarət alan var

Ermənistanda kütləvi dava və atışma olub: xəsarət alan var Hadisə zamanı 1 nəfər xəsarət alıb
Region
16 Avqust , 2017 05:37
Ermənistanda kütləvi dava və atışma olub: xəsarət alan var

Bakı. 16 avqust. REPORT.AZ/ Ermənistanda bir nəfərin xəsarət alması ilə nəticələnən kütləvi dava və atışma olub.

"Report" xəbər verir ki, bu barədə "Shamshyan.com" məlumat yayıb.

Məlumatda qeyd olunur ki, 24 yaşlı Yerevan sakini Ayk Tişinyanla Qurgen Mexakyan arasında mübahisə yaranıb. Mexakyan pnevmatik tüfəngdən Tişanyanın "Toyota Corolla" avtomobilinə atəş açıb. Bundan sonra isə 10-dan çox cinayət ortağı ilə birlikdə Tişanyanın avtomobilinə taxta və metal parçaları ilə zərbələr endiriblər.

Onlar habelə Tişanyanı avtomobildən çıxararaq döyüblər. Hadisəni törədən şəxslərin axtarışa verildiyi bildirilir.

Qeyd edək ki, bu, son günlər Ermənistanda tez-tez baş verən növbəti silahlı qarşıdurmalardan biridir. Dünən Vanadzorun Yerevan küçəsində də atışma olub. Nəticədə ölkənin kriminal aləmində Edmon Arutunyan ləqəbi ilə tanınan 31 yaşlı şəxs yaralanıb. 

Son xəbərlər

Orphus sistemi