Ermənistanda Korrupsiyaya Qarşı Mübarizə Şurası ləğv edilib.
“Report” “Aysor”a istinadən xəbər verir ki, qərar hökumətin iyulun 25-də keçirilən iclasında qəbul olunub.
Bununla bağlı layihəni ədliyyə naziri Rüstəm Badasyan təqdim edib.
Qeyd edək ki, Korrupsiyaya Qarşı Mübarizə Şurası 2015-ci il fevralın 19-da o vaxtkı baş nazir Ovik Abraamyanın qərarı əsasında yaradılmışdı.