Ermənistanda koronavirusdan ölənlərin sayı kəskin artdı

Ermənistanda koronavirusdan ölənlərin sayı kəskin artdı Ermənistanda daha 121 nəfərdə koronavirus aşkarlanıb, 4 nəfər virusdan ölüb.
Region
4 may 2020 06:59
Ermənistanda koronavirusdan ölənlərin sayı kəskin artdı

Ermənistanda daha 121 nəfərdə koronavirus aşkarlanıb, 4 nəfər virusdan ölüb.

“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bildirilib ki, yeni ölənlərin hamısının başqa xəstəlikləri də olub. Ölən 4 nəfərdən 3-ü kişidir.

Beləliklə, Ermənistanda virusa yoluxanların sayı 2 507-yə yüksəlib.

Məlumata görə, ölkədə pandemiyadan ümumilikdə 39 nəfər ölüb.

Bundan başqa, indiyədək 1 071 nəfər koronavirusdan sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 567 000-i ötüb. Bunların 1 157 014 nəfəri sağalıb, 248313 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi