Ermənistanda koronavirusdan ölənlərin sayı 22-yə çatdı

Ermənistanda koronavirusdan ölənlərin sayı 22-yə çatdı Ermənistanda daha 2 nəfər koronavirusdan ölüb.
Region
20 Aprel , 2020 10:56
Ermənistanda koronavirusdan ölənlərin sayı 22-yə çatdı
0 : 00
0 : 00

Ermənistanda daha 2 nəfər koronavirusdan ölüb.

“Report” xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb.

Məlumata görə, ölkədə virusdan ölənlərin sayı 22-yə yüksəlib.

Bundan başqa, yoluxanların sayı daha 48 nəfər artaraq 1 339-a çatıb. Bildirilib ki, indiyədək 580 nəfər virusdan sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 408 000-i ötüb. Bunların 629 101 nəfəri sağalıb, 165 107 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi