Ermənistanda koronavirusdan ölənlərin sayı 923-ə yüksəlib

Ermənistanda koronavirusdan ölənlərin sayı 923-ə yüksəlib Ermənistanda daha 257 nəfərdə koronavirus aşkarlanıb.
Region
16 Sentyabr , 2020 10:50
Ermənistanda koronavirusdan ölənlərin sayı 923-ə yüksəlib

Ermənistanda daha 257 nəfərdə koronavirus aşkarlanıb.

“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 46 376-ya yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 3 nəfər artaraq 923-ə çatıb. İndiyədək 42 069 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 3 101 aktiv koronavirus xəstəsi var.

Son xəbərlər

Orphus sistemi