Ermənistanda son sutkada daha 1 307 nəfərdə COVID-19 aşkarlanıb.
“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 408 381-ə çatıb.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 15 nəfər artaraq 8 201-ə yüksəlib.
COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 1 575 nəfərdir. İndiyədək 379 126 pasiyent infeksiyadan sağalıb.
Hazırda ölkədə 19 479 aktiv koronavirus xəstəsi var.