Ermənistanda koronavirusdan ölənlərin sayı 7 972 nəfərə yüksəlib

Ermənistanda koronavirusdan ölənlərin sayı 7 972 nəfərə yüksəlib Ermənistanda son sutkada daha 104 nəfərdə COVID-19 aşkarlanıb
Region
31 Dekabr , 2021 11:12
Ermənistanda koronavirusdan ölənlərin sayı 7 972 nəfərə yüksəlib

Ermənistanda son sutkada daha 104 nəfərdə COVID-19 aşkarlanıb.

“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 344 930-a çatıb.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 4 nəfər artaraq 7 972-yə yüksəlib.

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 1 505 nəfərdir. İndiyədək 331 559 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 3 894 aktiv koronavirus xəstəsi var.

Son xəbərlər

Orphus sistemi