Ermənistanda koronavirusdan ölənlərin sayı 7 900-ü ötüb

Ermənistanda koronavirusdan ölənlərin sayı 7 900-ü ötüb Ermənistanda son sutkada daha 72 nəfərdə COVID-19 aşkarlanıb
Region
20 Dekabr , 2021 11:05
Ermənistanda koronavirusdan ölənlərin sayı 7 900-ü ötüb

Ermənistanda son sutkada daha 72 nəfərdə COVID-19 aşkarlanıb.

“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 343 708-ə çatıb.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 4 nəfər artaraq 7 903-ə yüksəlib.

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 1 493 nəfərdir. İndiyədək 328 799 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 5 513 aktiv koronavirus xəstəsi var.

Son xəbərlər

Orphus sistemi