Ermənistanda koronavirusdan ölənlərin sayı 600-ü ötdü

Ermənistanda koronavirusdan ölənlərin sayı 600-ü ötdü Ermənistanda daha 554 nəfərdə koronavirus aşkarlanıb.
Region
16 İyul , 2020 10:49
Ermənistanda koronavirusdan ölənlərin sayı 600-ü ötdü

Ermənistanda daha 554 nəfərdə koronavirus aşkarlanıb.

“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 33 559-a yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 15 nəfər artaraq 607-yə çatıb. İndiyədək 21 931 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 10 832 aktiv koronavirus xəstəsi var.

Son xəbərlər

Orphus sistemi