Ermənistanda koronavirusdan ölənlərin sayı 4 minə yaxınlaşır

Ermənistanda koronavirusdan ölənlərin sayı 4 minə yaxınlaşır Ermənistanda virusa yoluxanların sayı 210 518-ə çatıb
Region
21 Aprel , 2021 11:09
Ermənistanda koronavirusdan ölənlərin sayı 4 minə yaxınlaşır

Ermənistanda son sutkada koronavirusa 1 033 yoluxma qeydə alınıb.

“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 210 518-ə çatıb.

Məlumata görə, ölkədə son sutkada daha 25 nəfər COVID-19-dan ölüb. Bununla da koronavirusdan ölənlərin ümumi sayı 3 944 nəfərə yüksəlib.

Koronavirusa yoluxan 190 271 nəfər sağalıb. Hazırda 15 316 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir.

Son xəbərlər

Orphus sistemi