Ermənistanda son sutkada koronavirusa 229 yoluxma qeydə alınıb.
“Report” xəbər verir ki, məlumatı Ermənistanın Səhiyyə Nazirliyi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 221 368-ə çatıb. Məlumata görə, ölkədə son sutkada daha 11 nəfər COVID-19-dan ölüb. Bununla da koronavirusdan ölənlərin sayı 4 357-yə yüksəlib.
Koronavirusa yoluxan 209 508 nəfər sağalıb. Hazırda 6 436 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir.