Ermənistanda koronavirusdan ölənlərin sayı 4 300-ü ötüb

Ermənistanda koronavirusdan ölənlərin sayı 4 300-ü ötüb Ermənistanda son sutkada koronavirusa 230 yoluxma qeydə alınıb.
Region
14 May , 2021 11:08
Ermənistanda koronavirusdan ölənlərin sayı 4 300-ü ötüb
0 : 00
0 : 00

Ermənistanda son sutkada koronavirusa 230 yoluxma qeydə alınıb.

“Report” xəbər verir ki, məlumatı Ermənistanın Səhiyyə Nazirliyi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 220 447-yə çatıb. Məlumata görə, ölkədə son sutkada daha 10 nəfər COVID-19-dan ölüb. Bununla da koronavirusdan ölənlərin ümumi sayı 4 301-ə yüksəlib.

Koronavirusa yoluxan 207 464 nəfər sağalıb. Hazırda 7 267 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir.

Son xəbərlər

Orphus sistemi