Ermənistanda koronavirusdan ölənlərin sayı 33-ə çatdı

Ermənistanda koronavirusdan ölənlərin sayı 33-ə çatdı Ermənistanda daha 82 nəfərdə koronavirus aşkarlanıb, 1 nəfər virusdan ölüb.
Region
1 may 2020 06:58
Ermənistanda koronavirusdan ölənlərin sayı 33-ə çatdı
0 : 00
0 : 00

Ermənistanda daha 82 nəfərdə koronavirus aşkarlanıb, 1 nəfər virusdan ölüb.

“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Ölən şəxs 27 yaşlı qadındır. Onda xroniki xəstəliklər də olub.

Beləliklə, Ermənistanda virusa yoluxanların sayı 2 148-ə yüksəlib.

Məlumata görə, ölkədə pandemiyadan ümumilikdə 33 nəfər ölüb.

Bundan başqa, indiyədək 977 nəfər koronavirusdan sağalıb.

Qeyd edək ki, aprelin 30-na olan məlumata görə, ölkədə bir gündə 134 yoluxma faktı, 2 ölüm qeydə alınmışdı.

Son xəbərlər

Orphus sistemi