Ermənistanda koronavirusdan ölənlərin sayı 3 mini ötdü

Ermənistanda koronavirusdan ölənlərin sayı 3 mini ötdü Ermənistanda daha 236 nəfərdə koronavirus aşkarlanıb.
Region
19 Yanvar , 2021 10:49
Ermənistanda koronavirusdan ölənlərin sayı 3 mini ötdü

Ermənistanda daha 236 nəfərdə koronavirus aşkarlanıb.

“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 164 912 olub.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 9 nəfər artaraq 3 007-ə çatıb.

COVID-19 diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 734-ə yüksəlib. İndiyədək 153 500 pasiyent infeksiyadan sağalıb. Hazırda ölkədə 7 671 aktiv koronavirus xəstəsi var.

Son xəbərlər

Orphus sistemi