Ermənistanda koronavirusdan ölənlərin sayı 3 575-ə yüksəlib

Ermənistanda koronavirusdan ölənlərin sayı 3 575-ə yüksəlib Hazırda 16 150 pasiyent müalicə olunur
Region
3 Aprel , 2021 11:22
Ermənistanda koronavirusdan ölənlərin sayı 3 575-ə yüksəlib

Ermənistanda son sutkada daha 1 192 nəfərdə COVID-19 aşkarlanıb.

“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 196 044-ə çatıb. İndiyədək 175 401 pasiyent infeksiyadan sağalıb.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 23 nəfər artaraq 3 575-yə yüksəlib.

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 918 nəfərdir.

Hazırda 16 150 pasiyent müalicə olunur.

Son xəbərlər

Orphus sistemi