Ermənistanda koronavirusdan ölənlərin sayı 3 167-yə yüksəlib

Ermənistanda koronavirusdan ölənlərin sayı 3 167-yə yüksəlib Ermənistanda son sutkada daha 104 nəfər COVID-19-a yoluxub
Region
22 Fevral , 2021 11:14
Ermənistanda koronavirusdan ölənlərin sayı 3 167-yə yüksəlib

Ermənistanda son sutkada daha 104 nəfər COVID-19-a yoluxub.

“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 170 506-ya çatıb.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 3 nəfər artaraq 3 167-yə yüksəlib.

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 803 nəfərdir. İndiyədək 161 098 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 4 438 aktiv koronavirus xəstəsi var.

Son xəbərlər

Orphus sistemi