Ermənistanda koronavirusdan ölənlərin sayı 3 140-a yüksəlib

Ermənistanda koronavirusdan ölənlərin sayı 3 140-a yüksəlib Ermənistanda son sutkada 192 nəfərin COVID-19-a yoluxduğu qeydə alınıb
Region
13 Fevral , 2021 11:02
Ermənistanda koronavirusdan ölənlərin sayı 3 140-a yüksəlib

Ermənistanda son sutkada 192 nəfərin COVID-19-a yoluxduğu qeydə alınıb.

“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 168 830-a çatıb.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 2 nəfər artaraq 3 140-a yüksəlib.

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 789 nəfərə çatıb. İndiyədək 160 942 pasiyent infeksiyadan sağalıb.

Son xəbərlər

Orphus sistemi