Ermənistanda koronavirusdan ölənlərin sayı 3 135-ə yüksəlib

Ermənistanda koronavirusdan ölənlərin sayı 3 135-ə yüksəlib Ermənistanda son sutkada 180 nəfərin COVID-19-a yoluxduğu qeydə alınıb
Region
11 Fevral , 2021 11:03
Ermənistanda koronavirusdan ölənlərin sayı 3 135-ə yüksəlib

Ermənistanda son sutkada 180 nəfərin COVID-19-a yoluxduğu qeydə alınıb.

“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 168 496-ya çatıb.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 5 nəfər artaraq 3 135-ə yüksəlib.

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 786 nəfərdir. İndiyədək 160 670 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 4 085 aktiv koronavirus xəstəsi var.

Son xəbərlər

Orphus sistemi