Ermənistanda koronavirusdan ölənlərin sayı 3 069-a yüksəlib

Ermənistanda koronavirusdan ölənlərin sayı 3 069-a yüksəlib Ermənistanda son sutkada 59 nəfərin COVID-19-a yoluxduğu qeydə alınıb.
Region
29 Yanvar , 2021 10:48
Ermənistanda koronavirusdan ölənlərin sayı 3 069-a yüksəlib

Ermənistanda son sutkada 59 nəfərin COVID-19-a yoluxduğu qeydə alınıb.

“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 166 728-ə çatıb.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 2 nəfər artaraq 3 069-a yüksəlib.

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 765-ə yüksəlib. İndiyədək 156 910 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 5 984 aktiv koronavirus xəstəsi var.

Son xəbərlər

Orphus sistemi