Ermənistanda koronavirusdan ölənlərin sayı 2 900-ə çatır

Ermənistanda koronavirusdan ölənlərin sayı 2 900-ə çatır Ermənistanda daha 309 nəfərdə koronavirus aşkarlanıb.
Region
6 Yanvar , 2021 11:08
Ermənistanda koronavirusdan ölənlərin sayı 2 900-ə çatır
0 : 00
0 : 00

Ermənistanda daha 309 nəfərdə koronavirus aşkarlanıb.

“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 160 853 olub.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 12 nəfər artaraq 2 890-a çatıb. COVID-19 diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 692-yə yüksəlib. İndiyədək 146 576 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 11 695 aktiv koronavirus xəstəsi var.

Son xəbərlər

Orphus sistemi