Ermənistanda koronavirusdan ölənlərin sayı 2 500-ü ötdü

Ermənistanda koronavirusdan ölənlərin sayı 2 500-ü ötdü Ermənistanda daha 357 nəfərdə koronavirus aşkarlanıb
Region
14 Dekabr , 2020 10:49
Ermənistanda koronavirusdan ölənlərin sayı 2 500-ü ötdü
0 : 00
0 : 00

Ermənistanda daha 357 nəfərdə koronavirus aşkarlanıb.

“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 148 682 olub.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı 17 nəfər artaraq 2 503-ə çatıb. COVID-19 diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 618-ə yüksəlib. İndiyədək 125 966 nəfər infeksiyadan sağalıb.

Hazırda ölkədə 19 595 aktiv koronavirus xəstəsi var.

Son xəbərlər

Orphus sistemi