Ermənistanda koronavirusdan ölənlərin sayı 2 068-ə yüksəlib

Ermənistanda koronavirusdan ölənlərin sayı 2 068-ə yüksəlib Ermənistanda daha 1 785 nəfərdə koronavirus aşkarlanıb
Region
26 Noyabr , 2020 11:02
Ermənistanda koronavirusdan ölənlərin sayı 2 068-ə yüksəlib
0 : 00
0 : 00

Ermənistanda daha 1 785 nəfərdə koronavirus aşkarlanıb.

“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 130 870-ə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı 28 nəfər artaraq 2 068-ə çatıb. COVID-19 diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 519-a yüksəlib. İndiyədək 100 913 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 25 228 aktiv koronavirus xəstəsi var.

Son xəbərlər

Orphus sistemi