Ermənistanda koronavirusdan ölənlərin sayı 12-yə çatdı - YENİLƏNİB

Ermənistanda koronavirusdan ölənlərin sayı 12-yə çatdı - YENİLƏNİB Ermənistanda daha bir nəfər koronavirusdan ölüb.
Region
635
10 Aprel , 2020 14:05
Ermənistanda koronavirusdan ölənlərin sayı 12-yə çatdı - YENİLƏNİB
0 : 00
0 : 00

Ermənistanda daha bir nəfər koronavirusdan ölüb. 

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bununla da ölkədə pandemiyanın öldürdüyü insanların sayı 12-yə çatıb. 


*** 11:11

Ermənistanda koronavirusa yoluxanların sayı 937-yə çatıb.

“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, məlumatı aprelin 10-da ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Mərkəzi yayıb.

Bildirilib ki, son sutkada daha bir nəfər virusdan ölüb. Bununla da ölənlərin sayı 11-ə çatıb.

Son sutkada isə daha 16 nəfərin infeksiyaya yoluxması qeydə alınıb.

Qeyd edək ki, aprelin 14-dək Ermənistanda koronavirusa qarşı mübarizə məqsədi ilə fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Son xəbərlər

Orphus sistemi