Ermənistanda koronavirusdan ölənlərin sayı 1 800-ü ötdü

Ermənistanda koronavirusdan ölənlərin sayı 1 800-ü ötdü Ermənistanda daha 984 nəfərdə koronavirus aşkarlanıb.
Region
17 Noyabr , 2020 10:54
Ermənistanda koronavirusdan ölənlərin sayı 1 800-ü ötdü
0 : 00
0 : 00

Ermənistanda daha 984 nəfərdə koronavirus aşkarlanıb.

“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 118 870-ə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı 23 nəfər artaraq 1 811-ə çatıb. COVID-19 diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 463-ə yüksəlib. İndiyədək 78 343 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 38 253 aktiv koronavirus xəstəsi var.

Son xəbərlər

Orphus sistemi