Ermənistanda koronavirusdan ölənlərin sayı yenə 30 oldu- YENİLƏNİB

Ermənistanda koronavirusdan ölənlərin sayı yenə 30 oldu- YENİLƏNİB Ermənistanda koronavirusdan ölənlərin yekun rəqəmi 30-dur.
Region
29 Aprel , 2020 13:49
Ermənistanda koronavirusdan ölənlərin sayı yenə 30 oldu- YENİLƏNİB
0 : 00
0 : 00

Ermənistanda koronavirusdan ölənlərin yekun rəqəmi 30-dur.

“Report” xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikoqosyan dəqiqləşdirib.

Onun sözlərinə görə, son ölən 2 nəfər koronavirus daşıyıcısı olub, amma onlar başqa xəstəlikdən vəfat ediblər. Bununla belə, o, ölkədə virusdan ölənlərin sayını 30 olduğunu vurğulayıb.


*** 11:47

“Ermənistanda koronavirusdan ölənlərin sayı 30 yox, 28 nəfərdir”.

“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikoqosyan “Facebook” səhifəsində yazıb.

“Son 2 qurbanın ölümünün səbəbi səhvən koronavirus kimi qeydə alınıb. Əslində, onlar başqa xəstəliklərdən ölüblər”, - mətbuat katibi deyib.

Beləliklə, Ermənistanda koronavirusdan ölənlərin rəsmi sayı 30-dan 28-ə düşüb.

Qeyd edək ki, ölkədə virusa yoluxma halları 1 932 nəfərdə qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi