Ermənistanda koronavirusdan ölən qadının meyiti tapılıb

Ermənistanda koronavirusdan ölən qadının meyiti tapılıb Abovyanda koronavirusdan ölən qadın Gümrüdə dəfn olunub.
Region
746
2 İyul , 2020 17:45
Ermənistanda koronavirusdan ölən qadının meyiti tapılıb

Abovyanda koronavirusdan ölən qadın Gümrüdə dəfn olunub.

“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Naira Zöhrabyan “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, qadını Nor Açində dəfn ediblər, meyit açılaraq eksqumasiya olunacaq.


***17:30

Ermənistanda koronavirusdan ölən yaşlı qadının meyiti yoxa çıxıb.

“Report” “1in.am”a istinadən xəbər verir ki, bu barədə Çiçəklənən Ermənistan Partiyasından deputat Naira Zöhrabyan bildirib.

Onun sözlərinə görə, qadının meyiti 2 gündür tapılmır. O, yaşlı koronavirus xəstəsinin öldüyü və meyiti Aovyan şəhər morqundan götürmək üçün ailə üzvlərinə məlumat verildiyini bildirib. Ancaq ailə üzvləri meyiti götürməyə gedəndə sanitar deyib ki, üstündəki yazını oxuya bilmədiyi üçün meyiti başqasına verib.

Hadisədən 3 gün keçməsinə baxmayaraq, meyit hələ də tapılmayıb.

Ermənistan Səhiyyə Nazirliyinin Mətbuat katibi Alina Nikoqosyan “Facebook” səhifəsində hadisədən xəbərdar olduqlarını, polisin də məlumatlandırıldığını, axtarışın davam etdiyini yazıb.