Ermənistanda koronavirusa yoluxma halları gizlədilir

Ermənistanda koronavirusa yoluxma halları gizlədilir Ermənistanda koronavirusla bağlı vəziyyət pisləşib.
Region
23 İyul , 2020 05:50
Ermənistanda koronavirusa yoluxma halları gizlədilir

Ermənistanda koronavirusla bağlı vəziyyət pisləşib.

Bu barədə “Report” Ermənistan mediasına istinadən xəbər verir.

Qeyd edilir ki, tibb müəssisələrindən birinin terapevt bölmədə COVID-19-a yoluxma halları artıb. Ölkənin Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikoqosyan faktı təsdiqləyib. O, bildirib ki, Yerevanın “Surb Qriqor Lusaroviç” tibb mərkəzinin 56 yaşlı tibb işçisi Armin Ovannisyan koronavirusdan ölüb.

Bununla yanaşı, Ermənistanın Səhiyyə naziri Arsen Torosyanın valideynləri də COVID-19-a yoluxub. Bu barədə isə “ArmLur.am” saytını məlumatlandıran mənbə bildirib. Mənbə qeyd edib ki, nazirin valideynləri “Surb Qriqor Lusaroviç” tibb mərkəzinə yerləşdiriliblər. Saytın əməkdaşları bu xəbəri nazirliyin mətbuat katibi Alina Nikoqosyanla dəqiqləşdirmək istəyiblər. Lakin nazirlik sözçüsü xəbərlə bağlı hər hansı açıqlama verməkdən imtina edib.

Son xəbərlər

Orphus sistemi