Ermənistanda koronavirusa yoluxanların sayı kəskin artdı

Ermənistanda koronavirusa yoluxanların sayı kəskin artdı Ermənistanda daha 351 nəfərdə koronavirus aşkarlanıb, 1 nəfər ölüb.
Region
18 May , 2020 10:55
Ermənistanda koronavirusa yoluxanların sayı kəskin artdı

Ermənistanda daha 351 nəfərdə koronavirus aşkarlanıb, 1 nəfər ölüb.

“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Beləliklə, Ermənistanda virusa yoluxanların sayı 4 823-ə yüksəlib.

Məlumata görə, ölkədə pandemiyadan ölənlərin sayı daha nəfər artaraq 61-ə çatıb.

Bildirilib ki, ölkədə indiyədək 2 019 nəfər infeksiyadan sağalıb. Hazırda Ermənistanda 2 718 aktiv koronavirus xəstəsi var.

Qeyd edək ki, ötən gün Ermənistanda 189 nəfər koronavirusa yoluxuma faktı qeydə alınmışdı.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 4,8 milyonu ötüb. Bunların 1,8 milyon nəfərdən çoxu sağalıb, 316 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi