Ermənistanda koronavirusa yoluxanların sayı 45 326-ya yüksəlib

Ermənistanda koronavirusa yoluxanların sayı 45 326-ya yüksəlib Ermənistanda daha 174 nəfərdə koronavirus aşkarlanıb
Region
10 Sentyabr , 2020 10:50
Ermənistanda koronavirusa yoluxanların sayı 45 326-ya yüksəlib

Ermənistanda daha 174 nəfərdə koronavirus aşkarlanıb.

“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 45 326-ya yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 1 nəfər artaraq 906-ya çatıb. İndiyədək 41 233 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 2 908 aktiv koronavirus xəstəsi var.

Son xəbərlər

Orphus sistemi