Ermənistanda koronavirusa yoluxanların sayı 344 826-ya çatıb

Ermənistanda koronavirusa yoluxanların sayı 344 826-ya çatıb Ermənistanda son sutkada daha 109 nəfərdə COVID-19 aşkarlanıb
Region
30 dekabr 2021 07:02
Ermənistanda koronavirusa yoluxanların sayı 344 826-ya çatıb

Ermənistanda son sutkada daha 109 nəfərdə COVID-19 aşkarlanıb.

“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 344 826-ya çatıb.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 7 nəfər artaraq 7 968-ə yüksəlib.

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 1 505 nəfərdir. İndiyədək 331 348 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 4 005 aktiv koronavirus xəstəsi var.

Son xəbərlər

Orphus sistemi