Ermənistanda koronavirusa yoluxanların sayı 344 540-a yüksəlib

Ermənistanda koronavirusa yoluxanların sayı 344 540-a yüksəlib Ermənistanda son sutkada daha 59 nəfərdə COVID-19 aşkarlanıb
Region
27 dekabr 2021 06:54
Ermənistanda koronavirusa yoluxanların sayı 344 540-a yüksəlib
0 : 00
0 : 00

Ermənistanda son sutkada daha 59 nəfərdə COVID-19 aşkarlanıb.

“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 344 540-a çatıb.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 7 nəfər artaraq 7 950-yə yüksəlib.

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 1 499 nəfərdir. İndiyədək 330 841 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 4 669 aktiv koronavirus xəstəsi var.

Son xəbərlər

Orphus sistemi