Ermənistanda koronavirusa yoluxanların sayı 343 mini ötüb

Ermənistanda koronavirusa yoluxanların sayı 343 mini ötüb Ermənistanda son sutkada daha 180 nəfərdə COVID-19 aşkarlanıb
Region
16 Dekabr , 2021 11:09
Ermənistanda koronavirusa yoluxanların sayı 343 mini ötüb

Ermənistanda son sutkada daha 180 nəfərdə COVID-19 aşkarlanıb.

“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 343 157-yə çatıb.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 18 nəfər artaraq 7 874-ə yüksəlib.

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 1 486 nəfərdir. İndiyədək 327 029 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 6 767 aktiv koronavirus xəstəsi var.

Son xəbərlər

Orphus sistemi