Ermənistanda koronavirusa yoluxanların sayı 32 minə çatır

Ermənistanda koronavirusa yoluxanların sayı 32 minə çatır Ermənistanda son sutka koronavirusa 577 yoluxma qeydə alınıb.
Region
12 İyul , 2020 11:17
Ermənistanda koronavirusa yoluxanların sayı 32 minə çatır

Ermənistanda son sutkada koronavirusa 577 yoluxma qeydə alınıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi bildirib.

Məlumata görə, koronavirus xəstələrinin sayı 31 969 nəfərə çatıb, daha 6 nəfər ölüb.  

"Ermənistanda koronavirusa 31 969 yoluxma təsdiq edilib, 19 633 pasiyent sağalıb, 565 insan ölüb”, - mərkəzdə bildirilib.

Qeyd edilir ki, hazırda 11 589 pasiyent müalicə edilir, koronavirusla bağlı ümumilikdə 134 989 test aparılıb.

Ölkədə COVID-19-la mübarizə çərçivəsində martın 16-dan iyulun 13-dək fövqəladə vəziyyəti elan edilib.

Son xəbərlər

Orphus sistemi