Ermənistanda koronavirusa yoluxanların sayı 204 mini ötüb

Ermənistanda koronavirusa yoluxanların sayı 204 mini ötüb Ermənistanda son sutkada koronavirusa 1 075 yoluxma qeydə alınıb
Region
14 Aprel , 2021 11:12
Ermənistanda koronavirusa yoluxanların sayı 204 mini ötüb

Ermənistanda son sutkada koronavirusa 1 075 yoluxma qeydə alınıb.

“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

Bununla da Ermənistanda koronavirusa yoluxanların sayı 204 053-ə çatıb.

Məlumata görə, ölkədə son sutkada daha 19 nəfər COVID-19-dan ölüb. Bununla da koronavirusdan ölənlərin ümumi sayı 3 794 nəfərə yüksəlib.

Koronavirusdan sağalanların sayı isə 184 243-ə çatıb. Hazırda 16 134 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir.

Son xəbərlər

Orphus sistemi