Ermənistanda koronavirusa yoluxanların sayı 161 415-ə yüksəlib

Ermənistanda koronavirusa yoluxanların sayı 161 415-ə yüksəlib Ermənistanda daha 361 nəfərdə koronavirus aşkarlanıb.
Region
8 Yanvar , 2021 10:52
Ermənistanda koronavirusa yoluxanların sayı 161 415-ə yüksəlib

Ermənistanda daha 361 nəfərdə koronavirus aşkarlanıb.

“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 161 415 olub.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 7 nəfər artaraq 2 908-ə çatıb. COVID-19 diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 696-ya yüksəlib. İndiyədək 147 961 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 9 850 aktiv koronavirus xəstəsi var.

Son xəbərlər

Orphus sistemi