Ermənistanda koronavirusa yoluxanların sayı 14 mini ötdü, 227 nəfər ölüb

Ermənistanda koronavirusa yoluxanların sayı 14 mini ötdü, 227 nəfər ölüb Ermənistanda daha 428 nəfərdə koronavirus aşkarlanıb.
Region
10 İyun , 2020 10:55
Ermənistanda koronavirusa yoluxanların sayı 14 mini ötdü, 227 nəfər ölüb

Ermənistanda daha 428 nəfərdə koronavirus aşkarlanıb.

“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bildirilib ki, bununla da Ermənistanda virusa yoluxanların sayı 14 103-ə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 10 nəfər artaraq 227-yə çatıb. İndiyədək 5 226 nəfər infeksiyadan sağalıb. Hazırda Ermənistanda 8 573 aktiv koronavirus xəstəsi var.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 7,3 milyonu ötüb. Bunların 3,6 milyon nəfərdən çoxu sağalıb, 413 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi