Ermənistanda koronavirusa yoluxanların sayı 136 nəfərə çatdı

Ermənistanda koronavirusa yoluxanların sayı 136 nəfərə çatdı Ermənistanın paytaxtı Yerevanın Nork yoluxucu xəstəliklər xəstəxanasındakı 11 pasiyentdə koronavirus təsdiq edilib.
Region
1208
21 Mart , 2020 03:12
Ermənistanda koronavirusa yoluxanların sayı 136 nəfərə çatdı

Ermənistanın paytaxtı Yerevanın "Nork" yoluxucu xəstəliklər xəstəxanasındakı 11 pasiyentdə koronavirus təsdiq edilib.

“Report” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Arsen Torosyan bildirib.

O, qeyd edib ki, intensiv terapiya onlardan yalnız üç nəfərinə tələb olunur.

Ermənistanda koronavirusla mübarizə üçün martın 16-dan aprelin 14-ə kimi fövqəladə vəziyyət elan edilib. Son məlumatlara görə, ölkədə COVID-19-a 136 yoluxma halı aşkarlanıb.

Daha əvvəl Ermənistanın Səhiyyə Nazirliyində bildiriblər ki, yaranmış vəziyyətə əsaslanaraq, "Nork” yoluxucu xəstəxanasının ixtisası dəyişilib və o yalnız koronavirus pasiyentlərinə xidmət edəcək. Digər yoluxucu xəstəliklərdən əziyyət çəkən pasiyentlər başqa xəstəxanalara köçürülüb. 

Son xəbərlər

Orphus sistemi