Ermənistanda koronavirusa yoluxanların sayı 114 mini ötdü

Ermənistanda koronavirusa yoluxanların sayı 114 mini ötdü Ermənistanda daha 1 703 nəfərdə koronavirus aşkarlanıb
Region
13 Noyabr , 2020 10:55
Ermənistanda koronavirusa yoluxanların sayı 114 mini ötdü
0 : 00
0 : 00

Ermənistanda daha 1 703 nəfərdə koronavirus aşkarlanıb.

“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 114 383-ə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı 29 nəfər artaraq 1 697-yə çatıb. COVID-19 diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 440-a yüksəlib. İndiyədək 72 116 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 40 130 aktiv koronavirus xəstəsi var.

Son xəbərlər

Orphus sistemi