Ermənistanda koronavirusa yolunxaların sayı 25 mini ötüb

Ermənistanda koronavirusa yolunxaların sayı 25 mini ötüb Ermənistanda son sutkada 482 nəfərdə koronavirus aşkarlanıb.
Region
130
29 İyun , 2020 11:03
Ermənistanda koronavirusa yolunxaların sayı 25 mini ötüb

Ermənistanda son sutkada 482 nəfərdə koronavirus aşkarlanıb.

“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 25 127-yə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 7 nəfər artaraq 433-ə çatıb. İndiyədək 13 297 nəfər infeksiyadan sağalıb. Hazırda Ermənistanda 11 254 aktiv koronavirus xəstəsi var.

Son xəbərlər

Orphus sistemi