Ermənistanda koronavirusa yoluxanların sayı 351 mini ötüb

Ermənistanda koronavirusa yoluxanların sayı 351 mini ötüb Ermənistanda son sutkada daha 814 nəfərdə COVID-19 aşkarlanıb.
Region
23 Yanvar , 2022 10:51
Ermənistanda koronavirusa yoluxanların sayı 351 mini ötüb

Ermənistanda son sutkada daha 814 nəfərdə COVID-19 aşkarlanıb.

“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 351 711-ə çatıb.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 2 nəfər artaraq 8 028-ə yüksəlib.

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 1 523 nəfərdir. İndiyədək 334 218 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 7 942 aktiv koronavirus xəstəsi var.

Son xəbərlər

Orphus sistemi