Ermənistanda koronavirus qurbanlarının sayı artdı - YENİLƏNİB

Ermənistanda koronavirus qurbanlarının sayı artdı - YENİLƏNİB Ötən gün Ermənistanda COVID-19-dan ölənlərin sayı artıb.
Region
3 Aprel , 2020 00:20
Ermənistanda koronavirus qurbanlarının sayı artdı - YENİLƏNİB

Ötən gün Ermənistanda COVID-19-dan ölənlərin sayı artıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikoqosyan bildirib.

O, qeyd edib ki, "Nork" kliniki yoluxucu xəstəxanasında gün ərzində üçüncü ölüm qeydə alınıb. Koronavirusa yoluxmuş 76 yaşlı pasiyent dünyasını dəyişib. Vəfat etmiş qadın xroniki xəstəliklərdən, xüsusən şəkərli diabetdən və arterial hipertoniyadan əziyyət çəkib.

Bununla da Ermənistanda koronavirusdan ölənlərin sayı yeddi nəfərə çatıb.  


02.04.2020.***22:19

Ermənistanda gün ərzində COVID-19-dan ikinci ölüm qeydə alınıb.

“Report” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikoqosyan bildirib.

O, qeyd edib ki, ölkədə koronavirusdan ölənlərin sayı altı nəfərə çatıb.

Nazirlik rəsmisinin sözlərinə görə, ölüm "Nork" kliniki yoluxucu xəstəxanasında qeydə alınıb. Ölən şəxs 78 yaşlı pasiyentdir.

Ölən qadında xroniki xəstəliklər, o cümlədən şəkərli diabet, arterial hipertoniya mövcud olub. "O, Ermənistan vətəndaşı deyildi", - mətbuat katibi bildirib. 

Son xəbərlər

Orphus sistemi