Ermənistanda koronavirus qıtlıq yaratdı

Ermənistanda koronavirus qıtlıq yaratdı Ermənistanda ərzaq çatışmazlığı yaranıb, spirt geli isə hamıya çatmır.
Region
13 Mart , 2020 14:49
Ermənistanda koronavirus qıtlıq yaratdı
0 : 00
0 : 00

Ermənistanda ərzaq çatışmazlığı yaranıb, spirt geli isə hamıya çatmır.

“Report” xəbər verir ki, bu barədə “Sputnik Armeniya” məlumat yayıb.

Bildirilib ki, spirt gelinin çatışmazlığına səbəb vətəndaşların ehtiyat üçün almasıdır.

Ermənistanın İqtisadi Rəqabətin Müdafiəsi üzrə Dövlət Komissiyasının sədri Qeqam Gevorkyan isə martın 13-də jurnalistlərə bildirib ki, zərərləşdirici vasitə və maskaların qıtlığı var. 

Onun sözlərinə görə, vətəndaşlar istifadə etdiklərindən daha artıq sayda maska alırlar: “Bu isə qıtlıq yaradır. Məktəb və ali təhsil ocaqlarında dərslər başlayacağı dövr üçün ehtiyat məqsədilə alırlar. Spirt yerli istehsalat olduğundan onun qiyməti bahalaşmayıb. Ancaq maskaların qiyməti bahalaşıb”.

Qeyd edək ki, Ermənistanda 4 koronavirusa yoluxma halı aşkarlanıb və martın 13-dən bütün təhsil müəssisələri bağlanıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 129 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 135 846-ya çatıb. Bunların 70 427 nəfəri sağalıb, 4 990 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi