Ermənistanda Konstitusiya islahatı ilə bağlı yeni qurumun heyəti açıqlanıb

Ermənistanda Konstitusiya islahatı ilə bağlı yeni qurumun heyəti açıqlanıb Ermənistan Konstitusiya Dəyişikliyi Şurasının yeni heyəti elan edilib.
Region
27 Yanvar , 2022 18:24
Ermənistanda Konstitusiya islahatı ilə bağlı yeni qurumun heyəti açıqlanıb

Ermənistan Konstitusiya Dəyişikliyi Şurasının yeni heyəti elan edilib.

“Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, üzvlərin siyahısı baş nazir Nikol Paşinyanın bugünkü qərarı ilə təsdiqlənib.

Belə ki, ədliyyə naziri Karen Andreasyanın başçılıq edəcəyi şuranın üzvlüyünə beynəlxalq hüquq məsələləri üzrə təmsilçi Yegişe Kirakosyan, parlamentin dövlət hüququ komissiyasının sədri Vladimir Vardanyan, insan hüquqları müdafiəçisi Kristine Qriqoryan, Ali Məhkəmə Şurasının üzvü Vigen Köçəryan, habelə siyasi partiya və ictimai təşkilatların nümayəndələri daxil olacaq.

Dekabr ayının ortalarında baş nazir N.Paşinyan 2020-ci ilin fevral ayında yaradılmış peşəkar Konstitusiya İslahatları Komissiyasını ləğv edən və əvəzində Konstitusiya Dəyişiklikləri Şurasını təsis edən fərman imzalayıb.

Son xəbərlər

Orphus sistemi