Ermənistanda keçmiş məmurlara verilmiş diplomatik pasportlar geri alınır

Ermənistanda keçmiş məmurlara verilmiş diplomatik pasportlar geri alınır Bakı. 31 iyul. REPORT.AZ/ Ermənistanda keçmiş dövlət məmurlarından diplomatik pasportlar geri alınır.
Region
31 İyul , 2018 13:03
Ermənistanda keçmiş məmurlara verilmiş diplomatik pasportlar geri alınır
0 : 00
0 : 00

Bakı. 31 iyul. REPORT.AZ/ Ermənistanda keçmiş dövlət məmurlarından diplomatik pasportlar geri alınır.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkə Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan bildirib.

Onun sözlərinə görə, nazirlik keçmiş dövlət məmurlarına diplomatik pasportları təhvil vermələri ilə bağlı müraciət edib.

“Keçmiş məmurların çoxu bu çağırışa cavab olaraq diplomatik pasportları qaytarıblar. İyulun 31-dən bu pasportlar etibarsızdır. Dövlət sərhəd xidmətnə məsələ ilə bağlı uyğun informasiya verilib”, - o vurğulayıb.

Qeyd edək ki, diplomatik pasportu daşıyanların toxunulmazlığı var və onlar başqa ölkələrə vizasız da gedə bilirlər. 

Son xəbərlər

Orphus sistemi