Ermənistanda keçmiş məhkəmə hakimi Samvel Uzunyan barəsində axtarış elan olunub.
"Report" xəbər verir ki, bu barədə "NEWS.am"a Ermənistanın Baş Prokurorluğunun İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Arevik Xaçatryan bildirib.
O, qeyd edib ki, Samvel Uzunyan Ermənistanı tərk edib və sabiq hakim axtarışdadır.
A.Xaçatryanın sözlərinə görə,
Daha əvvəl yerli KİV hava limanında sabiq hakimin yük bağlamasında patronun aşkarlanması barədə məlumat yayıb. Onun Yerevan-Moskva təyyarəsi ilə öllkəni tərk etdiyi bildirilir. Altmış beş yaşlı hakim həmçinin 51 min dollar rüşvət almaqda ittiham edilir.
Qeyd edək ki, Ermənistanın sabiq baş prokuroru, parlamentin keçmiş deputatı Gevork Kostanyan barəsində də axtarış elan edilib.