Ermənistanda keçmiş direktor MTX-yə çağırılıb

Ermənistanda keçmiş direktor MTX-yə çağırılıb Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) keçmiş direktoru, müxalif Vətən Partiyasının sədri Artur Vanesyan ifadə vermək üçünMTX-yəçağırılıb.
Region
31 İyul , 2020 18:13
Ermənistanda keçmiş direktor MTX-yə çağırılıb
Artur Vanesyan

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) keçmiş direktoru, müxalif Vətən Partiyasının sədri Artur Vanesyan ifadə vermək üçün MTX-yə çağırılıb.

“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bunu iyulun 31-də onun özü jurnalistlərə bildirib.

A.Vanesyan deyib ki, 2018-ci ildə xidmətin direktoru işləyən zaman bir nəfəri quruma işə bərpa edib.

Onun sözlərinə görə, bu işlə bağlı ondan izahat istəyiblər: “Ancaq heç bir izahat vermədim”.

Keçmiş direktor MTX-yə çağrılmasını siyasi təqib edilmə adlandırıb.

Qeyd edək ki, 2018-ci il hakimiyyət dəyişikliyindən sonra Milli Təhlükəsizlik Xidmətinin rəhbərliyində tez-tez kadr dəyişikliyi olur.

Artur Vanesyan 2018-ci il mayın 10-dan 2019-cu il sentyabrın 16-dək xidmətin direktoru işləyib. Keçmiş müavini Eduard Martirosyan ötən il sentyabrın 19-da Artur Vanesyanın istefasından sonra Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsini icra etməyə başlayıb. O, bu ilin martın 19-da bu vəzifəyə təyin olunmuşdu.

İyunun əvvəlində E.Martirosyan tutduğu vəzifədən azad edilib.

Onun yerinə 29 yaşlı Arqişti Kərəmyan gətirilib. 

Xatırladaq ki, A.Vanesyan xarici dövlətlərdən birinin casusu olmaqda da şübhəli bilinir.

Son xəbərlər

Orphus sistemi